Tramp onlarla bağlı məxvi sənədləri açıqlayacaq


ABŞ Prezidenti Donald Tramp Pentaqona UNO-lar haqqında məxfi sənədləri yaymağı əmr edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” hesabında məlumat yayıb.
Buna səbəb ABŞ-nin keçmiş prezidenti Barak Obamanın yadplanetlilərin mövcud olduğunu etiraf etməsi olub.
“Böyük marağı nəzərə alaraq, hərb nazirinə (ABŞ müdafiə naziri Pit Heqsetə) və digər aidiyyəti qurumlara yadplanetlilər, yerdənkənar həyat, naməlum hava fenomenləri (UAP), həmçinin, naməlum uçan obyektlərlə (UNO) bağlı hökumət materiallarının müəyyən edilməsi və yayılması prosesinə başlamağı tapşıracağam”, - Ağ Ev rəhbəri yazıb.
O, keçmiş Prezident Barak Obamanı yadplanetlilərlə bağlı etirafına görə, tənqid edərək, bununla onun “məxfi məlumatları ötürdüyünü” iddia edib. Prezidentin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri böyük bir səhvə yol verib.
Qeyd edək ki, fevralın 14-də Obama “No Lie” podkastında yadplanetlilərin mövcud olduğuna inandığını etiraf edib. Siyasətçi yumorla xatırlayıb ki, bu, onun ABŞ prezidenti olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin ABŞ ordusunun yadplanetlilər üzərində təcrübələr apardığı barədə şayiələrin yayıldığı Nevada ştatındakı 51-ci zonada o, heç bir gizli laboratoriya tapmayıb. Lakin Obama prezident olduğu müddətdə hətta ona belə açıqlanmayan böyük bir sirrin mövcudluğunu etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top