Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? – Siyahı


Bu ilin yanvar ayında Azərbaycana 181 min 637 nəfər əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5% çoxdur.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, ötən ay Rusiyadan turist axını illik müqayisədə 2% artımla 42 min 342 nəfər, Türkiyədən turist axını 16% artımla 36 min 536 nəfər, İrandan turist axını isə 2% artımla 15 min 399 nəfər olub.
Qeyd edək ki, yanvar ayında Azərbaycana ən çox ziyarətçi aşağıdakı ölkələrdən gəlib:
Rusiya –  42 342 nəfər;
Türkiyə – 36 536 nəfər;
İran – 15 399 nəfər;
Hindistan – 9 070 nəfər;
Səudiyyə Ərəbistanı – 8 976 nəfər;
Gürcüstan – 8 734 nəfər;
Pakistan – 6 758 nəfər;
Qazaxıstan – 5 676 nəfər;
Özbəkistan – 5 130 nəfər;
İsrail – 4 972 nəfər.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top