
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Fənərbağça” (Türkiyə) və “Nottingem Forest” (İngiltərə) oyunu başa çatıb.
Yeniavaz.com xəbər verir ki, oyun İstanbuldakı “Fənərbağça Ülker Şükrü Saracoğlu” stadionunda baş tutub.
Matç 3-0 hesabı ilə qonaqların xeyrinə bitib.
“Nottingem Forest”in müdafiəçisi Murillo hesabı ilk hissənin ortalarında açıb. 43-cü dəqiqədə hücumçu İqor Jesus “Foresters”in üstünlüyünü artırıb. İkinci hissənin əvvəlində yarımmüdafiəçi Morqan Gibbs-Uayt həlledici qola imza atıb.
Cavab oyunu fevralın 26-sı keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz