“ABŞ-İran razılaşması 10 gün ərzində açıqlana bilər” − Tramp


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı razılığa gəlib-gəlməyəcəyi 10 gün ərzində aydın ola bilər.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılmış “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı deyib.
“Yaxın Şərqdə sülh qurula bilmirdi. İndi bəlkə biz irəli addım ata bilərik, ya da ata bilməyəcəyik. Bəlkə də razılaşma əldə edəcəyik. Bunu yəqin ki, növbəti 10 gün ərzində öyrənəcəksiniz”, - Amerika lideri İran barədə danışarkən deyib.

DİGƏR XƏBƏRLƏR

Top