
Amerikalı müğənni Teylor Svift altıncı dəfə və ardıcıl dördüncü ildir ki, dünyanın ən çox satılan sənətçisi seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Fonoqrafik Sənətçilər Federasiyasının (IFPI) dərc etdiyi 2025-ci il illik hesabatında deyilir.
IFPI tərəfindən yayımlanan açıqlamaya görə, 2025-ci il 36 yaşlı müğənni üçün əlamətdar bir il olub və o, 12-ci albomu olan “The Life of a Showgirl” və turnesi haqqında sənədli film olan “The End of an Era” sayəsində həm striminq platformalarında, həm də fiziki və rəqəmsal formatlarda müstəsna qlobal maraqla yadda qalıb.
“Cruel Summer”, “Lover”, “The Fate of Ophelia” və “Anti-Hero” kimi hitlərin ifaçısı bu uğura altıncı dəfə (2014, 2019, 2022-2025) nail olub.
Cənubi Koreyanın K-pop qrupu “Stray Kids” ikinci, kanadalı reper Dreyk isə üçüncü olub. “The Weeknd” kimi tanınan kanadalı musiqiçi Abel Makkonen Tesfaye və bu ayın əvvəlində “İlin Albomu” nominasiyasında “Qremmi” mükafatına layiq görülən puerto-rikolu reper “Bad Bunny” 5-liyi tamamlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz