
İstanbul Respublika Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılan “Duman” qrupunun solisti Kaan Tangöze, müğənni Murat Dalkılıç, aktyorlar İsmayıl Hacıoğlu və Kamal Doğulu sərbəst buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, saxlanılan 21 nəfər bu gün səhər saatlarında Çağlayan Ədliyyəsinə gətiriliblər. Qeyd edilib ki, şübhəlilər “şəxsi istifadə üçün narkotik vasitə əldə etmə, saxlama” və “narkotik vasitələrdən istifadəni asanlaşdırma” maddələri ilə ittiham olunublar. İstintaq çərçivəsində ümumilikdə 25 nəfər barəsində həbs qərarı verilib, müğənni Edis Görgülü barəsində də xaricdə olduğu üçün axtarış qərarı çıxarılıb.
Tangöze, Dalkılıç, Hacıoğlu və Doğulu prokurorluqda ifadə verdikdən sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.
Tətbiqimizi yükləyə bilərsiniz