Bu hava limanları Trampın adını daşıya bilər


Vaşinqton və Palm Biçdəki (Florida ştatı) hava limanlarının adları ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton administrasiyası rəhbərinin ailəsi ilə əlaqəli strukturlar bu yaxınlarda bir neçə Amerika təyyarəsi üçün ticarət nişanı ərizələri təqdim ediblər.
Bunlar “President Donald J. Trump International Airport”, “Donald J. Trump International Airport” və mümkün hava limanı kodu kimi “DJT” ticarət nişanlarıdır.  
Nəşrin bildirdiyinə görə, bu adlardan biri Vaşinqton yaxınlığındakı Vaşinqton Dallas Beynəlxalq Hava Limanına, eləcə də Ağ Evin Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşən Palm Biç Hava Limanına verilə bilər.
Qəzet həmçinin qeyd edib ki, hava limanları və digər obyektlər ənənəvi olaraq, Con Kennedi (1961-1963) nümunəsində olduğu kimi, prezidentlik müddətinin bitməsindən və ya ölümündən sonra Amerika liderlərinin adlarını daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top