Ceyranbatan məktəbi Qönçə Zeynalovadan daşınmaz əmlak icarəyə götürüb


Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Zeynalova Qönçə Cavanşir qızı (VÖEN – 1301995111) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsi Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəb üçün Zeynalova Qönçə Cavanşir qızından daşınmaz əmlak icarəyə götürəcək və qarşılığında 14 min 400 manat ödəyəcək.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi 2024 və 2025-ci illərdə də Qönçə Zeynalova ilə analoji müqavilə imzalayıb. Lakin əvvəlki illərdə imzalanan müqavilənin dəyəri 12 min manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top