
İspaniyanın vitse-çempionu “Real Madrid” Fransa çempionu PSJ-dən fransız vinqer Desire Dueni transfer etməkdə maraqlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Məlumata görə, “Kral klubu” 20 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Desire Due 2024-cü ildə 50 milyon avroya “Renn”dən PSJ-yə keçib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-də bütün turnirlərdə 23 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” onun transfer qiymətini 90 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz