Penitensiar Xidmətin Konvoy Taboru bu il 380 min manatlıq benzin işlədəcək


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboru tender müsabiqəsi keçirmədən “LUKOIL-Azərbaycan” QSC (VÖEN – 9900006931) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, nazirlik 11 ay ərzində “LUKOIL-Azərbaycan” QSC-dən 380 min manatlıq “Aİ-95” markalı benzin alacaq.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 7 milyon 732 min 702 manat 80 qəpik olan “LUKOIL-Azərbaycan” QSC-nin qanuni təmsilçisi Rasim Əmirəliyevdir.
Onu da bildirək ki, ötən ilin dekabr ayında Ədliyyə Nazirliyi “Azpetrol LTD” MMC ilə də satınalma müqaviləsi imzalayıb. Nazirlik “Azpetrol”dan nəqliyyat vasitələri üçün 486 min 432 manatlıq “Aİ-95” markalı benzin alacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top