
Vaşinqton ailə üzvləri də daxil olmaqla 18 İran rəsmisinə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Viza məhdudiyyətləri İrandakı etirazlar zamanı aşkar edilmiş ciddi pozuntularla əlaqədar tətbiq edilib.
ABŞ-nin məlumatına görə, adları açıqlanmayan bu şəxslər son iğtişaşlar da daxil olmaqla, İranda insan hüquqlarının pozulmasında iştirak ediblər.
Amerika tərəfi iddia edir ki, ABŞ hakimiyyətinin hərəkətləri dinc toplaşmaq hüququnu pozur.
Dövlət Departamenti aydınlaşdırıb ki, ABŞ-nin bu cür məhdudiyyətləri artıq 58 şəxsə şamil olunur.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutası olan rialın devalvasiyası ilə başlayan kütləvi etiraz dalğası ilə üzləşib. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və polis etirazçılara qarşı gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edib. Ölkənin Xarici İşlər Nazirliyi ABŞ və İsraili etirazlarda iştirak etməkdə günahlandırıb. Vaşinqton İrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib. 23 yanvarda Əraqçi iğtişaşlar nəticəsində ölənlərin sayının həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları daxil olmaqla 3117 nəfərə çatdığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz