
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar küçəsi, giriş 22 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 1 145 kvadratmetr olan bina 2 mərtəbədən ibarətdir.
FHN qeyri-yaşayış binasına 26 yanvar 2026-cı il tarixli 11038 nömrəli istismara hazırlıq rəyi verib.
Qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi “Nardaran İnvest” MMC-dir.
Onu da bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz