
Ukrayna münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsi yenidən İsveçrədə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.
Jurnalistin “YouTube” kanalında yerləşdirilən müsahibədə Zelenski növbəti görüşün də İsveçrədə keçiriləcəyini qeyd edib.
Zelenski növbəti danışıqların nə vaxt keçiriləcəyini və hansı formatda olacağını dəqiqləşdirməyib.
Qeyd edək ki, ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Görüş birinci gün təxminən altı saat, ikinci gün isə təxminən iki saat davam edib.
Rusiya nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb. O, Ukrayna münaqişəsinin həlli ilə bağlı tezliklə yeni görüşün keçiriləcəyini bildirib.
Ukrayna nümayəndə heyətinin rəhbəri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikinci mərhələ isə 4-5 fevral tarixlərində yenə eyni yerdə baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz