Şəhid Şahin Kərimov dəfn edildi – Yenilənib


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Şahin Heydər oğlu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Yeniavaz.com
xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkili Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin anasına verilib.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib. Şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında, ailə üzvlərinin istəyinə əsasən, dəfn edilib.




***13:15
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Kərimov Şahin Heydər oğlu ilə vida mərasimi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, vida mərasimi şəhidin Mİngəçevirdəki ata evində keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Murovda aşkarlanıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top