
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 50 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 5 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 12 718,8 kvadratmetrə bərabərdir. 65 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 4 milyon 8 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə SSRİ zamanında Cənubi Qafqazın ən böyük makaron istehsalı müəssisəsi – Bakı Makaron Fabriki fəaliyyət göstərib. 1984-cü ildə istifadəyə verilən Bakı Makaron Fabriki gün ərzində 70 tondan çox makaron istehsal edib. 500-dən çox işçisi olan fabrikin istehsal etdiyi makaron daxili tələbatı 100 faiz ödəyib və bir çox ölkələrə də məhsul ixrac edib.




Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz