Bu ölkədən Azərbaycana kilosu 233 manata kərə yağı gətirilib – Ölkələr üzrə siyahı


Ötən il Azərbaycana xarici ölkələrdən 145 milyon 314,5 min dollar dəyərində 20 min 130,4 ton kərə yağı idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,3 manat) təşkil edib.
Məlumat üçün qeyd edək ki, ən çox kərə yağı İrandan (8 min 616 ton) və Yeni Zelandiyadan (4 min 269,6 ton), ən az kərə yağı isə Lüksemburq (10 kq.) və İspaniyadan (10 kq.) idxal olunub.
Ötən il idxal edilən kərə yağı ən ucuz qiymətə Hindistandan (9,8 manat), ən baha qiymətə isə Lüksemburqdan (233 manat) gətirilib.
İdxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
İran – 8 615,98 ton (10 manat);
Yeni Zelandiya – 4 269,56 ton (13,5 manat);
Səudiyyə Ərəbistanı – 1 635,63 ton (15 manat);
Belarus – 1 452,1 ton (13,4 manat);
Ukrayna – 1 389,8 ton (12,5 manat);
Finlandiya – 945,08 ton (15,4 manat);
Hindistan – 429 ton (9,8 manat);
Almaniya – 397,58 ton (16,3 manat);
Fransa – 375,55 ton (16,4 manat);
Belçika – 213,53 ton (14,9 manat);
Türkiyə – 204,62 ton (13,4 manat);
Litva – 63,66 ton (15,5 manat);
Polşa – 52,65 ton (12,2 manat);
İtaliya – 33,76 ton (19,4 manat);
Uruqvay – 25 ton (12,2 manat);
Türkmənistan – 20 ton (9,9 manat);
Portuqaliya – 0,66 ton (38,6 manat);
Lüksemburq – 0,01 ton (233 manat);
İspaniya – 0,01 ton (12 manat).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top