Sədərək sakinləri: “İndi nə su-kanalizasiya var, nə də salamat yol” – Fotolar


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun sakinləri rayonun daxili yollarının vəziyyətindən narazıdırlar.
Yeniavaz.com
-a müraciət edən bir qrup sakin bildirir ki, daha əvvəl su və kanalizasiya sistemlərinin çəkilməsi üçün rayonun əksər yollarında qazıntı işləri aparılıb.
“Lakin daha sonra, mərkəzi yollar xaric, həmin qazılan yollarda abadlaşdırma işləri aparılmayıb. Yolların relyefi dəyişib, hər yer çala-çuxurdur. Üstəlik bərkimiş torpaq qazıldığı üçün yarasız hala düşüb. Külək əsəndə bütün toz-torpaq həyətlərə, evlərə dolur. Yağış yağanda isə hər yer gölməçə olur, yola çıxmaq mümkün deyil. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, faydası olmayıb. Maraqlı burasıdır ki, indi nə su-kanalizasiya var, nə də salamat yollarımız”, - deyə sakinlər bildirirlər.
Onlar yollardakı vəziyyəti əks etdirən fotoları da redaksiyamıza təqdim ediblər.




Məsələ ilə bağlı Sədərək Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlanıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalan işlərin icrası ilə bağlı tender keçirilib və bunun üçün 7 milyon 598 min 114 manat 89 qəpik vəsait ayrılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top