
Ukrayna ilə bağlı üçtərəfli danışıqlar zamanı əsas müzakirə mövzusu Donbasda tam silahsızlaşdırılmış zonanın yaradılması olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, əvvəlki planlarda, xüsusən də, Amerika tərəfinin keçən ilin noyabr ayında irəli sürdüyü 28 maddəlik planda yer alan təklifə əsaslanır.
NYT-nin məlumatına görə, Donbasın demilitarizasiyası ideyasının qəbul edilməsini asanlaşdırmaq üçün Ukraynadakı mümkün demilitarizasiya olunmuş zonada azad ticarət zonasının yaradılması da müzakirə edilib.
Lakin iki ordu arasında olan bir ərazidə azad ticarət zonası yaratmaq açıq-aydın çətindir.
Tətbiqimizi yükləyə bilərsiniz