
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ilk dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə fikir ayrılıqları barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Associated Press”ə verdiyi müsahibədə danışıb.
O, aralarındakı münaqişənin Rusiyanın işğalı başlamasından qısa müddət sonra yarandığını bildirib.
Zalujnının sözlərinə görə, münasibətlər 2022-ci ilin sonlarında, prezident qərargahında keçirilən görüşdən qısa müddət sonra kritik nöqtəyə çatıb. Həmin vaxt SBU (Ukraynanın təhlükəsizlik xidməti) zabitləri onun komandanlıq mərkəzinin yerləşdiyi binada axtarış aparıblar. Keçmiş baş komandan bu hadisəni “qorxutma aktı” adlandırıb. Axtarış zamanı Zalujnı prezident aparatının rəhbərinə zəng edərək Ukrayna Silahlı Qüvvələrinin komandanlıq mərkəzini qorumaq üçün hərbi personal göndərməyə hazır olduğunu bildirib.
Onlar ona təhlükəsizlik qüvvələrinin nə axtardığını deməyiblər. Daha sonra Zalujnı SBU rəhbəri Vasil Malyukla əlaqə saxlayıb, o da əməliyyat barədə hər hansı bir məlumata malik olmadığını bildirib. Zalujnı sonradan öyrəndi ki, basqından iki gün əvvəl təhlükəsizlik xidməti Kiyev məhkəməsinə komandanlıq mərkəzinin ünvanı üçün axtarış orderi tələb edib. Məhkəmə sənədlərinə görə, sözügedən bina müharibədən əvvəl yerləşən qapalı zolaq klubu idi. Keçmiş baş komandan orderi bəhanə hesab edir və kəşfiyyat orqanlarının ölkənin əsas hərbi qərargahının yerini səhv sala bilməyəcəyini düşünür. Prezident aparatı vəziyyətlə bağlı şərh verməkdən imtina etdi.
Tətbiqimizi yükləyə bilərsiniz