“Nyukasl” “Qarabağ”ı darmadağın etdi − Yenilənib


UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə görüşücək. 
Yeniavaz.com
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
“Qarabağ” və “Nyukasl” klublarının start heyətləri belə olacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

***
Oyun başladı

***
3-cü dəqiqədə Entoni Qordon hesabı açdı, 0:1


***
9-cu dəqiqədə Malik Tşau hesabdakı fərqi artırdı, 0:2

***
32-ci dəqiqədə Qordon dubl etdi, 0:3

***
34-cü dəqiqədə Qordon het-trik etdi, 0:4

***
45+1-ci dəqiqədə Qordon bir daha fərqləndi, 0:5

***
İlk hissə başa çatdı

***
İkinci hissə başladı

***
56-cı dəqiqədə Elvin Cəfərquliyev hesabdakı fərqi azaltdı, 1:5

***
72-ci dəqiqədə Ceykob Myorfi fərqlənir, 1:6

***
Oyun bitdi. 

DİGƏR XƏBƏRLƏR

Top