Gürcüstanda 51 mindən çox əcnəbi işçi var – 3 mini Azərbaycan vətəndaşıdır


Gürcüstanda yerli işəgötürənlər tərəfindən rəsmi şəkildə 51 min 448 xarici vətəndaş işə cəlb edilib.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri ilə bağlı sorğunu cavablandırarkən danışıb.
Baş nazirin sözlərinə görə, xarici işçilərin qeydiyyatı üçün xüsusi elektron məlumat sistemi yaradılıb və bütün əmək miqrantları bu bazada qeydə alınıb.
Kobaxidze Gürcüstanda çalışan əcnəbilərin ölkələ üzrə sayını da açıqlayıb:
Rusiya – 12 778 nəfər
Hindistan – 6 842 nəfər
Türkiyə – 5 600 nəfər
Belarus – 4 930 nəfər
Türkmənistan – 4 000 nəfərdən çox
Azərbaycan – təxminən 3000 nəfər
Ukrayna – 2 849 nəfər
Çin – 2 000 nəfərə qədər
Qazaxıstan – 1 891 nəfər
İran – 1 277 nəfər
Kobaxidze bildirib ki, xüsusilə İT sektorunda slavyan ölkələrindən gələn mütəxəssislər üstünlük təşkil edir. Hindistan və Türkmənistan vətəndaşları daha çox tikinti və infrastruktur layihələrində çalışırlar. Ukrayna vətəndaşları isə əsasən İT və turizm sahələrində fəaliyyət göstərirlər.
Baş nazir əlavə edib ki, bəzi müəssisələrdə yerli işçi tapmaq çətin olduğuna görə xarici işçi qüvvəsinin cəlbi zəruri hesab olunur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top