İlon Mask “qaradərili olmaq istəyir”


Amerikalı milyarder İlon Mask “Netflix” yayım xidmətinə qaradərili kimi çıxış edəcəyi bir serial çəkməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu təklifi “X” sosial şəbəkə səhifəsində irəli sürüb.
İş adamı bunu “Netflix”in inklüziv strategiyasına istehza edən bir istifadəçinin dərc etdiyi “afişa”nı şərh edərkən bildirib.
İstifadəçinin yaydığı postda süni intellekt tərəfindən hazırlanan afişa təsvir olunur. Müəllifə görə, İlon Maskın həyatı haqqındakı serialda sahibkar qaradərili kimi təqdim olunur.
“Xahiş edirəm bunu reallaşdırın, bu, çox möhtəşəm olar”, - deyə Mask yazıb.

DİGƏR XƏBƏRLƏR

Top