Cenevrədə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar başa çatdı


ABŞ, Ukrayna və Rusiya və arasında Cenevrədə münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlar başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, nümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 13:45-də yekunlaşıb.
Görüş təxminən iki saat davam edib.
Rusiya nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, fevralın 17-də Cenevrədə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların ilk mərhələsi baş tutub. ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri altı saatdan çox görüşüblər. Müzakirələrin gərgin keçdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top