
Azərbaycan vətəndaşları şəhər daxilində bir nöqtədən digərinə getmək üçün hər gün orta hesabla 40,6 dəqiqə vaxt sərf edirlər.
Yeniavaz.com məşhur “Numbeo” portalında yer alan “Nəqliyyat indeksi – 2026” (“Traffic Index - 2026”) adlı hesabata istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə 89 ölkə arasında 71-ci sırada qərarlaşıb.
“Numbeo”nun hesabatına görə, yollarda ən çox vaxt itirən Nigeriya vətəndaşlarıdır. Hesablamalara görə, Nigeriya vətəndaşları şəhər daxilində bir nöqtədən digərinə getmək üçün hər gün orta hesabla 63,8 dəqiqə vaxt sərf edirlər.
Bu sahədə ən yaxşı vəziyyət İslandiyada qeydə alınıb. İslandiyada insanların bir yerdən başqa yerə getmək üçün gün ərzində orta hesabla 20,7 dəqiqəsi gedir.
Onu da bildirək ki,bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında Türkiyə, İran və Rusiyadan öndədir:
Estoniya – 20,9 dəqiqə;
Litva – 22,8 dəqiqə;
Latviya – 27,6 dəqiqə;
Ermənistan – 29,3 dəqiqə;
Belarus – 31,3 dəqiqə;
Qazaxıstan – 35,9 dəqiqə;
Gürcüstan – 37 dəqiqə;
Ukrayna – 37,8 dəqiqə;
Azərbaycan – 40,6 dəqiqə;
Rusiya – 43,3 dəqiqə;
Türkiyə - 43,4 dəqiqə;
İran – 47,1 dəqiqə.
Yollarda ən az zaman keçirən ölkələrin ilk 5-liyində İslandiya (20,7), Estoniya (20,9), Niderland (22,3), Litva (22,8) və Avstriya (23,2) yer alır.
Ən çox zaman keçirən ölkələrin ilk 5-liyində isə Nigeriya (63,8), Kosta-Rika (60), Banqladeş (55,9), Şri Lanka (54) və Keniya (51,6) qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, “Numbeo” platformasının məlumatları rəsmi statistika deyil və əsasən istifadəçilərin təqdim etdiyi qiymətlər əsasında formalaşır. Bu səbəbdən göstəricilər ölkələrin rəsmi məlumatları ilə fərqli ola bilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz