
Azərbaycan vətəndaşı Moskvanın Vnukovo hava limanında saxlanılıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, Dubaydan Moskvaya 18,5 milyon rubl dəyərində beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.
Bildirilib ki, bəyan edilməmiş mallar 33 yaşlı Azərbaycan vətəndaşının baqajında aşkar edilib.
Üzüklər müayinə üçün göndərilib. Müayinə zamanı üzüklərin brilyant daşlarla bəzədilimiş 750 və 950 karatlıq qızıl və platin ərintilərindən hazırlandığı məlum olub.
Gömrük əməkdaşları zinət əşyalarını müsadirə ediblər.
Azərbaycanlı qadın qaçaqmalçılıqda ittiham edilib və ona qarşı cinayət işi açılıb.
İndi onu beş ilə qədər həbs cəzası və ya bir milyon rubla qədər cərimə gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz