
Əhalinin yaşayış xərclərinə görə Azərbaycan 155 ölkə arasında 122-ci sırada qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Numbeo” platformasının hazırladığı “2026-cı ildə ölkələrə görə yaşayış xərcləri indeksi” hesabatında yer alıb.
Hesabatda ölkələr ABŞ-nin Nyu-York şəhəri ilə müqayisə edilərək qiymətləndirilir və bu şəhərin indeksi 100 olaraq qəbul olunur. Azərbaycanda yaşayış xərcləri indeksi 30,7 təşkil edib. Bu isə o deməkdir ki, ölkədə yaşayış xərcləri Nyu-Yorkla müqayisədə təxminən 3 dəfə aşağıdır.
Hesabata görə, yaşayış xərcləri Nyu-Yorkdan daha yüksək olan 5 ölkə mövcuddur. Bunlar Bermud adaları, Kayman adaları, Virgin adaları, İsveçrə və Solomon adalarıdır.
Ən aşağı yaşayış xərcləri isə Liviya, Hindistan, Pakistan, Əfqanıstan və Misirdə qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və region dövlətlərində yaşayış xərcləri indeksi aşağıdakı kimi olub:
Estoniya – 59,7
Latviya – 52,3
Litva – 51,2
Ermənistan – 40,9
Türkiyə – 39,2
Rusiya – 36,5
Moldova – 35,8
Gürcüstan – 33,1
Azərbaycan – 30,7
Belarus – 30,5
Qazaxıstan – 29,8
Ukrayna – 28,2
Tacikistan – 27,9
Özbəkistan – 27,3
Qırğızıstan – 27,3
İran – 22,8
Məlumat üçün qeyd edək ki, “Numbeo” platformasının məlumatları rəsmi statistika deyil və əsasən istifadəçilərin təqdim etdiyi qiymətlər əsasında formalaşır. Bu səbəbdən göstəricilər ölkələrin rəsmi məlumatları ilə fərqli ola bilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz