Xaricdən gətirilən ət bahalandı – Qiymətlər


Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrdən 3 min 331,7 ton ət idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 760 ton və ya 18,5% azalıb.
Qeyd edək ki, bu ilin yanvar ayında idxal olunan ətin bir kiloqramının orta gömrük dəyəri 2,5 dollar (4,2 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında idxal olunan ətin bir kiloqramının orta gömrük dəyəri 2,2 dollar (3,8 manat) təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top