“İran uranın zənginləşdirilməsini dayandırmağa hazırdır” − WSJ


“İran hakimiyyəti uran zənginləşdirməsini dayandırmaq və ehtiyatlarının bir hissəsini xaricə ixrac etmək istəyini bildirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İran rəsmiləri regional tərəfdaşlarla müzakirələrdə uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmaq barədə razılığa gələ biləcəklərini bildiriblər. Bundan əlavə, Tehran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə ötürmək imkanını nəzərdən keçirir.
Bir müddət əvvəl Cenevrədə dolayı nüvə danışıqlarının raundundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ-nin bir neçə məsələdə qarşılıqlı anlaşma əldə etdiklərini və bu razılaşmaların İslam Respublikasının nüvə proqramı ilə bağlı gələcək razılaşmaya daxil edilə biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top