“Qarşıdakı oyun bizim üçün çətin bir sınaq olacaq” − “Nyukasl”ın baş məşqçisi


“Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabag”la görüşdən öncə klubun bir çox oyununu izləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hau Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq görüşdən əvvəl keçirilən mətbuat konfransında danışıb.
“Liverpul”la oyun qazanılan xallar baxımından təsirsiz oldu. “Qarabag” matça parlaq başladı, qol imkanları yaratdı və topla çox təhlükəli davrandı. Yalnız hesaba baxanda matç haqqında bir təəssürat yaranır, amma oyunun özünə baxanda tamamilə fərqli olur”, - Hau qeyd edib.
O, həmçinin əlavə edib ki, “Çelsi” ilə oyun çətin keçib və “Qarabag”ın keyfiyyətinin yaxşı göstəricisidir: “Qarşıdakı oyun bizim üçün çətin bir sınaq olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top