“Ukrayna nümayəndə heyəti daxilində fikir ayrılıqları var” − KİV


“Sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyəti daxilində Rusiya ilə razılaşmanın nə qədər tez bağlanması ilə bağlı fikir ayrılıqları var”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Bildirilib ki, Ukrayna prezident aparatının rəhbəri Kiril Budanovun rəhbərlik etdiyi bir qrup hesab edir ki, Ukraynanın maraqlarına Amerika rəhbərliyi altında sürətli razılaşma ən yaxşı şəkildə xidmət edir. Nümayəndə heyətinin bu hissəsi lazımi tədbirlərin görülməsi vaxtının tezliklə keçəcəyindən qorxur.
Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyətinin digər hissəsi, ehtimal ki, hələ də korrupsiya qalmaqalı səbəbindən istefa verən prezident aparatının keçmiş rəhbəri Andrey Yermakın təsiri altındadır. Nəşr qeyd edir ki, bu qrup daha az qətiyyətlidir.
Əlavə edilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu iki tərəf arasında balans yaradır, eyni zamanda öz fikirləri var.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ arasında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni danışıqlar raundu 17 fevralda Cenevrədə keçirilir. Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ukrayna nümayəndə heyəti Kiril Budanov rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top