
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” 2028-ci ilə qədər xərclərin 20% azaldılmasını nəzərdə tutan yeni bir xərc azaltma proqramı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət mənbələrinə istinadən “Manager Magazin” məlumat verib.
Nəşrin məlumatına görə, bu addımın səbəbləri Çindəki “Volkswagen” satışlarının yavaşlaması, ABŞ tarifləri və qlobal rəqabətin artmasıdır. Buna görə də, əvvəlki xərc azaltma tədbirləri yetərli deyil. Bundan əlavə, jurnal vurğulayır ki, zavodların bağlanması və artıq elan edilmiş 35.000-dən artıq iş yerlərinin ixtisar edilməsi istisna edilmir.
Şirkət özü bu məlumata ehtiyatla reaksiya verərək, bütün brendləri üzrə artıq həyata keçirilən xərc azaltma proqramlarına işarə edib. Şirkət sözçüsü bildirib ki, bu proqramlar artıq on milyardlarla avro qənaətə səbəb olub:
“Bu, şirkətə ABŞ tarifləri kimi geosiyasi çətinliklərin təsirini azaltmağa və düzgün yolda qalmağa imkan verib”.
Tətbiqimizi yükləyə bilərsiniz