Mərkəzi Bank “AFB Bank” haqqında sərəncam verdi – Qaydaları pozub

“afb bank”ın mənfəəti 9 dəfə azalıb
Mərkəzi Bank (MB) “AFB Bank” ASC-yə icrası məcburi sərəncam verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MB məlumat yayıb.
Bildirilib ki, bank inzibatçı vəzifəsinə təyinat və dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib. “Banklar haqqında” qanununun 10.6-cı və 15.2-ci maddələrinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “AFB Bank”a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Onu da bildirək ki, ötən ay “AFB Bank” insanların ən çox şikayət etdiyi bank olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top