
“Real Madrid”in keçmiş məşqçisi, hazırda “Benfika”ya rəhbərlik edən Joze Mourinyo klubun baş məşqçi postuna qayıtmaq potensialı barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, “Marca” Mourinyodan sitat gətirib.
“Reallıq budur ki, mənim “Benfika”da daha bir ilim var və müqaviləmdəki bu bəndi hər iki tərəf üçün ləğv etmək çox asandır. Hazırda “Real Madrid”lə heç bir seçimim yoxdur.
“Real”ı yarışdan kənarlaşdırmaq, Alvaro Arbeloanın liqa çempionluğu və “Madrid”lə daha çox şey qazanmasını çox istərdim. O, əla oğlandır və buna layiqdir”, - Mourinyo deyib.
Tətbiqimizi yükləyə bilərsiniz