
Ermənistan məhkəməsi Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambardzum Nersisyanı ev dustaqlığına buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, qərarı Armavir Vilayət Məhkəməsinin hakimi Gevorq Manukyan verib.
Onların məhkəməyəqədərki həbsi üç ay müddətinə ev dustaqlığı, 1 milyon dram (təxminən 2500 dollar) girov və səyahət məhdudiyyətləri ilə əvəz edilib.
Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambardzum Nersisyan noyabrın 3-ü həbs ediliblər. İddialara görə, onlar noyabrın 1-də Gevorq Nersisyan və oğulları 16 noyabrda keçirilməsi planlaşdırılan Armavir bölgəsinin genişləndirilmiş Vaqarşapat icmasında yerli özünüidarəetmə seçkilərindən əvvəl təşviqat kampaniyasına mane olublar. Bu ittiham üç ildən altı ilə qədər həbs cəzası nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz