
Tehran və Vaşinqton Cenevrədə keçirilən dolayı danışıqların ikinci mərhələsi zamanı bir sıra ortaq məsələlər üzrə anlaşma əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məsləhətləşmələr ciddi atmosferdə keçirilib.
Həmçinin qeyd edilir ki, məsləhətləşmələrdən sonra danışıqların daha bir mərhələsini keçirmək barədə razılıq əldə olunub.
***17:26
Cenevrədə ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə danışıqların ikinci mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” amerikalı rəsmiyə istinadla məlumat yayıb.
İranın dövlət televiziyası nümayəndə heyətlərinin artıq məsləhətləşmələr üçün məkanı tərk etdiyini bildirib.
Görüşün detalları və müzakirələrin nəticələrinə dair rəsmi açıqlama olmayıb. Tərəflərin danışıqları davam etdirib-etdirməyəcəkləri ilə bağlı məlumat verilməyib.
Danışıqlarda əvvəlki mərhələlərdə olduğu kimi, nüvə proqramı və ABŞ sanksiyaları ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulurdu.
ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Seyid Abbas Əraqçi rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz