
Əgər Amerika xokkey komandası Olimpiya oyunlarının finalına yüksəlsə, ABŞ Prezidenti Donald Tramp İtaliyada keçiriləcək Olimpiya Oyunlarına gedə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp 22 fevralda xokkey turnirinin finalında və Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak etməyi planlaşdırır.
ABŞ Prezidentini böyük bir təhlükəsizlik ordusunun müşayiət edəcəyi gözlənilir.
Qeyd edək ki qrup mərhələsindən sonra ABŞ komandası xokkey turnirinin 1/4 finalına yüksəlib. Komanda burada fevralın 18-də İsveç və Latviya komandaları arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz