
“Donald Tramp İran İslam Respublikasını məhv edə bilməyəcək, necə ki, bunu ABŞ-nin əvvəlki rəhbərləri də bacarmayıblar”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei “Islamic Republic of Iran Broadcasting” (IRIB) televiziya kanalının efirində, İran sakinləri ilə görüşü zamanı deyib.
“ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar artıq 47 ildir ki, İslam Respublikasını məhv edə bilmir. Bu, yaxşı etirafdır. Mən deyirəm, sən də bacarmayacaqsan”, - deyə Xamenei bildirib.
O qeyd edib ki, hətta amerikalıların “ən güclü” hesab etdikləri ordu elə bir zərbə ala bilər ki, özünə gələ bilməz:
“lbəttə, aviadaşıyıcı təhlükəli silahdır, lakin aviadaşıyıcıdan daha təhlükəli olan, həmin aviadaşıyıcını dənizin dibinə göndərə bilən silahdır”.
Tətbiqimizi yükləyə bilərsiniz