
Son günlərdə 57 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Bildirilib ki, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Hindistan, Azərbaycan, Rusiya, Belarus, Misir, İraq, Nigeriya, Kuba, Ermənistan, Böyük Britaniya, İran, Moldova, Sudan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin 57 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz