İşğaldan azad olunan rayonlarda neçə otel fəaliyyət göstərir? – Siyahı


Bu ilin əvvəlinə olan məlumata görə, ötən il Azərbaycanda 885 mehmanxana və mehmanxana tipli obyekt (otel) olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, otellərdə ümumilikdə 32 min 588 nömrə olub və bu nömrələrdəki çarpayı sayı isə 69 min 331 olub.
Qeyd edək ki, 2024-cü illə müqayisədə otellərin sayı 26, nömrələrin sayı isə 838 vahid artıb.
Məlumat üçün bildirək ki, ölkədəki otellərin 36%-i və ya 323-ü paytaxt Bakıda yerləşib.
Onu da qeyd edək ki, işğaldan azad olunan rayonlarda 15 otel fəaliyyət göstərib. Ötən il Şuşada 4, Laçında 3, Xankəndidə 2, Kəlbəcərdə 2, Ağdamda 2, Ağdərədə 1, Füzulidə isə 1 otel olub.
Bunlardan başqa, Hacıqabul, Zəngilan, Qubadlı, Cəbrayıl, Ucar, Siyəzən, Xocalı, Xocavənd, Qobustan rayonlarında isə otel mövcud olmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top