Azərbaycan MDB ölkələrinə nə qədər məhsul satıb? – Ermənistan 6-cı sıradadır


Bu ilin yanvar ayında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr ilə ticarət dövriyyəsi 392,2 milyon dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 125,7 milyon dolları ixracın, 266,5 milyon dolları idxalın payına düşüb.
Qeyd edək ki, MDB ölklərinə ixrac ölkənin ümumi ixracının 5,5%-ni təşkil edib. İxracda ən böyük pay Rusiyanın olub. Yanvar ayında Azərbaycandan Rusiyaya 80 milyon dollar dəyərində məhsul ixrac edilib.
Azərbaycanın MDB ölkələrinə ixrac göstəriciləri aşağıdakı kimi olub:
Rusiya – 80 milyon dollar;
Ukrayna – 15,3 milyon dollar;
Qazaxıstan – 10,3 milyon dollar;
Belarus – 6,6 miloyon dollar;
Özbəkistan – 5,5 milyon dollar;
Ermənistan – 2,4 milyon dollar;
Qırğızıstan – 2.2 milyon dollar;
Türkmənistan – 1,7 milyon dollar;
Tacikistan – 1,4 milyon dollar;
Moldova – 199 min dollar.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top