Şagirdin güllələdiyi müəllim xəstəxanadan çıxdı


Fevralın 6-da Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb.
O bildirib ki, güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovaya boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib:
“Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”.
Qeyd edək ki, fevralın 6-ı “İdrak” liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı müəllimi ov tüfəngi ilə vurub.

DİGƏR XƏBƏRLƏR

Top