
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək “Ultimate Fighting Championship” (UFC) turnirinin təkcə təşkil edilməsində yox, döyüşçülərin seçilməsində də iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt jurnalistlərə açıqlamasında bildirib.
“Tarix yaxınlaşdıqca artıq bir çox ideyaları nəzərdən keçirməyə başlamışıq. Prezident Tramp və onun komandası ilə görüşmək, həmçinin onlarla təkcə təşkilatçılıq deyil, həm də turnirin tərkibi barədə danışmaq üçün Vaşinqtona gedəcəyik”, - deyə Uayt bildirib.
“Tədbirin təşkili ilə bağlı üç fərqli variantımız var və onun nəyi bəyənib-bəyənmədiyini görəcəyik. Bu, tamamilə inanılmaz, unikal, xüsusi və çox bahalı bir tədbir olacaq”, - Uayt əlavə edib.
Qeyd edək ki, UFC-nin Ağ Ev turniri iyunun 14-də Ağ Ev ərazisində keçiriləcək və Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunacaq.
Həmçinin, bu, Ağ Evdə keçirilən ilk peşəkar idman tədbiri olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz