
Ermənistan Baş naziri Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahına son qoyub.
Yeniavaz.com xəbər verir ki, “Factor” portalı onların arasında rəsmi nikah bağlandığını yazıb.
Bu barədə Akopyan da özünün feysbuk səhifəsində məlumat yayıb.
“Əziz həmvətənlər, məlumat verirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə vətəndaş nikahımız başa çatıb. Hamıdan xahiş edirəm ki, bu mövzu ətrafında təmkinli olsunlar”, - deyə A. Akopyan bildirib.
Xatırladaq ki, Nikol Paşinyanla və Anna Akopyan rəsmi şəkildə evli olmayıblar. Paşinyan daha əvvəl bu barədə danışarkən səbəb kimi siyasətlə məşğul olmasını və həbs edilmək təhlükəsini göstərib.
Qeyd edək ki, onların 4 övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz