Göygöldə 10-a yaxın şagird məktəbdə zəhərlənib


Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top