Robert Duval vəfat etdi


Amerikalı aktyor və rejissor Robert Duval 95 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP aktyorun həyat yoldaşının açıqlamasına istinadən məlumat yayıb.
Duval “Hərbi Xəstəxana”, “Xaç atası” və “Apokalipsis bu gün” filmlərindəki rolları ilə tanınır. O, 100-dən çox filmdə rol alıb.
Duval televiziya karyerasına 1960-cı illərdə başlayıb. 1962-ci ildə o, “Bülbülü öldürmək” filmində Bu Radli rolunu canlandıraraq bədii filmdə debüt edib. 1966-cı ildə aktyor Brodveydə çıxış etməyə başlayıb.
Duval 1984-cü ildə “Tender Mercies” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatı qazanıb. O, həmçinin BAFTA və dörd “Qızıl Qlobus” mükafatları alıb.

DİGƏR XƏBƏRLƏR

Top