Netanyahu HƏMAS-dan 60 min silah təslim etməsini tələb etdi


İsrail HƏMAS hərəkatının tamamilə tərksilah edilməsində, o cümlədən bütün kiçik silahların təslim edilməsində israr edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə ABŞ-dəki yəhudi təşkilatlarının liderləri ilə görüşdə deyib.
Netanyahu İsrailin ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza sülh planına sadiq qaldığını bildirib:
“B” mərhələsinə keçdiyimiz zaman əvvəlcə HƏMAS tərksilah edilməli, sonra Qəzza silahsızlaşdırılmalıdır”.
O, həmçinin HƏMAS-ın yalnız ilk mərhələdə ağır silahlardan imtina etməsi nəzəriyyəsini də rədd edib:
“Qəzzada demək olar ki, ağır silahlar yoxdur. Artilleriya, tanklar, heç nə yoxdur. Ən çox zərər verən yeganə silah AK-47 adlanır. Onlar məhz bundan istifadə ediblər - avtomatlar. 2023-cü ilin oktyabrın 7-si  baş verən qırğın zamanı da məhz bundan istifadə ediblər. 60 min ədəd. Aydındır ki, onlar RPG-ləri, raketləri və sair təhvil verməlidirlər, amma avtomatlar onların əsas silahlarıdır və onlar təhvil verilməlidir. Beləliklə, birincisi, HƏMAS-ı tərksilah edin, ikincisi, Qəzzanı silahsızlaşdırın”.

DİGƏR XƏBƏRLƏR

Top