Maqnus Karlsen Dünya Çempionatının qalibi oldu


16-cı Dünya Şahmat Çempionu və FİDE lideri Maqnus Karlsen Almaniyanın Vaysenhaus şəhərində keçirilən Dünya Fişer Random Şahmat Çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, turnirin finalında Karlsen amerikalı Fabiano Karuana üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb.
Üçüncü yer uğrunda görüşdə özbək Nodirbek Abdusattorov alman Vinsent Kaymeri 2,5:1,5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Dünya Şahmat Çempionatının ilk dəfə olaraq Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top