İran ABŞ-yə şərt qoydu


Vaşinqton sanksiyaların qaldırılmasını müzakirə etməyə razı olarsa, Tehran nüvə sazişi ilə bağlı ABŞ ilə güzəştə getməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.
“Əgər onlar sanksiyaları müzakirə etməyə hazırdırlarsa, biz bu və proqramımızla bağlı digər məsələləri müzakirə etməyə hazırıq”, - diplomat bildirib.
Təxt-Rəvançi həmçinin qeyd edib ki, top artıq Amerikanın meydanındadır və o, sazişi bağlamaq istəyini sübut etməlidir.
Bir müddət əvvəl “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən bildirib ki, ABŞ ordusu ABŞ Prezidenti Donald Trampın hücum əmri verəcəyi təqdirdə İrana qarşı davamlı əməliyyatlar aparmağa hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top