Vəzifədən azad edilən Vüqar Qurbanov danışdı


“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.
“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib.
Xatırladaq ki, V.Qurbanovun işdən çıxasrılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

DİGƏR XƏBƏRLƏR

Top