
Britaniya Baş naziri Kir Starmerin istefası ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda, müdafiə naziri Con Hili baş nazir vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Leyboristlər partiyasındakı “üsyançılar” Hilini Starmerə qarşı liderlik uğrunda mübarizə apara biləcək “yekdil namizəd” kimi görürlər.
Leyboristlər hesab edirlər ki, Hilinin baş nazir təyinatı Londonun beynəlxalq tərəfdaşları tərəfindən müsbət qarşılanacaq.
Çünki o, beynəlxalq səviyyədə hərbi departamentin rəhbəri kimi tanınır.
Digər tərəfdən, fevralın 5-də bildirilib ki, Vaşinqtondakı keçmiş Britaniya səfirinin maliyyəçi Ceffri Epşteynlə münasibətləri ilə bağlı qalmaqal Starmerə baş nazir vəzifəsinə başa gələ bilər.
Baş nazir üçün təhlükə ondadır ki, səfirin maliyyəçi ilə münasibətləri ilə bağlı müzakirələr təkcə şəxsi söhbətlərdə deyil, həm də Böyük Britaniya Parlamentində aparılır.
Parlament üzvləri Starmerin bu qalmaqaldan “sağ” çıxa biləcəyinə inanmırlar.
Tətbiqimizi yükləyə bilərsiniz